Redondo Zidan haqda: "Del Boskeni xatırladır"

Redondo Zidan haqda: "Del Boskeni xatırladır"
10:37 1 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Zidanın məşqçi kimi imza atdığı uğurlar məni təəccübləndirmir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Madrid "Real"ının sabiq futbolçusu Fernando Redondo deyib.

Argentina yığmasının keçmiş yarımmüdafiəçisi açıqlamasında "kral klubu"nun baş məşqçisi Zinəddin Zidanı tərifləyib.
 
Redondo bildirib ki, Zidan "Real"ın sabiq çalışdırıcısı Visente del Boskeni xatırladır: "Zinəddin "Real"ın səviyyəsinə uyğun məşqçidi. Onda dahi del Boskenin çox xüsusiyyətini görürəm. Təzyiqə tab gətirməyi və nəticə verməyi bacarır. Zidanın "Real"da fantastik iş gördüyünü düşünürəm. Onu məşqçi kimi, böyük gələcək gözləyir".
 
Qeyd edək ki, Redondo 1994-2000-ci illərdə "Real"ın formasını geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR