Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.


Fanat.Az xəbər verir ki, siyahıda Azərbaycandan iki nəfərin - Qurban Qurbanov ("Qarabağ") və Roman Qriqorçuk ("Qəbələ") adları var.

Ötən ayın cədvəlındə 456-cı pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 2 pillə geriləyib. Aktivində 1361 xalı olan təcrübəli mütəxəssis

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk isə 852 xalla reytinqdə 1 pillə irəliləyərək 647-ci pilləyə yüksəlib. .

Qeyd edək ki, siyahıya "Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16948 xal var.


Fanat.Az