Zidandan futbolçularına "300 spartalı" dərsi

Zidandan futbolçularına "300 spartalı" dərsi
20:32 2 İyun 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Çempionlar Liqasında 2016/17 mövsümünün qalibi müəyyənləşəcək. Həlledici qarşılaşmada "Real" "Yuventus"la qarşılaşacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan matçdan öncə futbolçuları oyuna motivasiya etmək üçün onlara "300 spartalı" filmini izləmələrini istəyib.

Filmdə Leonidin başçılığı altında 300 spartalının çoxsaylı fars qoşunuyla baş verən Fermopil tarixi döyüşü əks olunur. Bu döyüş üçün yunan əsgərləri 10 min qoşun toplamışdı. 300 nəfərlik dəstəyə isə Leonid başçılıq edirdi. Leonidə Fermopil keçidi tapşırılmışdı. Filmdə Leonid və 300 spartalının qəhrəmanlıqla vuruşmasından bəhs edilir. Leonid və 300 spartalı böyük orduya qarşı dar keçiddə mübarizə aparıb. Döyüşdə çoxsaylı itkilər verən farslar qalib gələrək keçiddən keib Yunanıstana daxil olmuşdular.

Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda keçiriləcək "Yuventus" - "Real" matçı sabah saat 22:45-də başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR