Avropanın kralı müəyyənləşir - YENİLƏNİR

Avropanın kralı müəyyənləşir -   YENİLƏNİR
20:37 3 İyun 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 2016/17 mövsümünün qalibi bəlli olacaq. Fanat.Az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Kardiffdə, “Millennium” stadionunda baş tutacaq.

 

Çempionluq uğrunda İtaliyanın “Yuventus” klubu ilə turnirin son qalibi Madrid “Real”ı üz-üzə gələcək. Bu görüşü çempionların dueli də adlandırmaq olar. Belə ki, həm “qoca sinyora”, həm də “qalaktikos” daxili çempionatı birinci pillədə başa vurub.

 

Sonuncu dəfə Çempionlar Liqasının 2014/15 mövsümündə üz-üzə rəqiblər yarımfinal mərhələsində qarşılaşmış və yekunda “Yuventus” (2:1, 1:1) adını həlledici görüşə yazdırmışdı.

 

“Real” və “Yuventus” 2000-ci ildən bəri qitənin ən mötəbər klub turnirində 8 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 4-də “Yuventus”, 2-də “Real” qələbə qazanıb, digər 2 oyunda isə heç-heçə qeydə alınıb. 

 

“Real”ın heyətində Qaret Beyl və Daniel Karvahalın sıraya dönməsi məşqçilər korpusunu sevindirib. Beyl öz ölkəsində keçiriləcək final görüşündə meydana çıxmağı çox istəyir. Lakin baş məşqçi Zinəddin Zidanın ona ilk “11-lik”də yer verib-verməyəcəyi bəlli deyil. İstənilən halda, fransalı çalışdırıcının Beylin xidmətindən yararlanacağı gözlənilir.

 

“Yuventus”da isə Stefano Sturaro dünənki məşqdə zədələnib. Yarımmüdafiəçinin “Real”a qarşı oynamaq ehtimalı az dəyərləndirilir.

 

Çempionlar Liqası

Final

3 iyun

 

22.45 Yuventus (İtaliya) - Real (İspaniya).

Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp, Milorad Maziç (Almaniya).

Əlavə köməkçi hakimlər: Marko Frits, Bastian Dankert (Almaniya).

Kardiff. Millennuim stadionu.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avropann-kral-muyynlir-t58509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR