O, Ardanı yanına çağıraraq, yığmanın düşərgəsindən dərhal ayrılmalı olduğunu bildirib. Təcrübəli yarımmüdafiəçi həm komandaya, həm də federasiyaya daha böyük zərər gəlməməsi üçün əşyalarını toplayaraq, düşərgəni tərk edib.
Qeyd edək ki, Arda Turan Makedoniya ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra Sloveniyaya uçmağa hazırlaşan təyyarədə idman yazarı Bilal Meşeni təhqir edib, onu vurmağa cəhd edib.