Arda Turanla bağlı şok qərar - Qovuldu

Arda Turanla bağlı şok qərar -   Qovuldu
16:47 6 İyun 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin baş məşqçisi Fatih Terim komandanın futbolçusu Arda Turanı millinin düşərgəsindən kənarlaşdırıb.


Buna onun dünən təyyarədə "Milliyət" qəzetinin idman yazarı Bilal Meşeni ağır formada təhqir etməsi səbəb olub. Baş verənlərdən sonra Türkiyə Futbol Federasiyası prezident Yıldırım Demirörən, federasiya rəsmisi Əli Dürüst və Fatih Terimin iştirakı ilə iclas keçirib. İclasdan sonra F.Terim Arda ilə görüşüb. Görüşdən sonra F.Terim A.Turanı millinin düşərgəsindən göndərmək qərarı verildiyini deyib.


A.Turan da həm komadna, həm də federasiyaya daha çox zərər verməmək üçün düşərgəni tərk edib.


Qeyd edək ki, Arda Turan jurnalisti təhqir etməsi Türkiyə mediasında etiraz doğurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-arda-turanla-bal-ok-qrar-t58562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR