Müğənni Demet Akalın ticarət mərkəzindən çıxarkən görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 18 milyon lirəlik (təxminən 9 milyon manat) evinə köçməyə hazırlaşan ifaçı evi həyat yoldaşı Okan Kurtun deyil, özünün aldığını deyib:

"Evi mən almışam. O sadəcə olaraq borcları ödəyəcək".

Demet bu yaxınlarda sosial şəbəkədə paylaşdığı bir fotosunda həmkarı Ebru Gündeşə bənzədilməsinə də münasibət bildirib:

"Kaş ona oxşayım, amma hanı? Onun gözəlliyinin 1%-i kaş məndə olardı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində