Kriştianu Ronaldu "Barselona"ya və sabiq komandasına qarşı oynamayacaq

Kriştianu Ronaldu "Barselona"ya və sabiq komandasına qarşı oynamayacaq
12:27 9 İyun 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kriştianu Ronaldu Çempionlar Kuboku turnirində iştirak etməyəcək. “Report”un “Marca”ya istinadən verdiyi məlumata görə, səbəb “kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın 32 yaşlı hücumçuya istirahət verməsidir.
Fransalı mütəxəssis ötən mövsümün yekunlarına əsasən belə yanaşmanın səmərəli olduğunu düşünür və Portuqaliya yığmasının üzvünün bütün qarşılaşmalarda meydana çıxmalı olduğu fikirlərini düzgün hesab etmir.
Bu isə o deməkdir ki, Ronaldu ABŞ-dakı turnirdə İtaliyanın “Yuventus”, İspaniyanın “Barselona” və sabiq komandası – İngiltərə təmsilçisi “Mançester Yunayted”ə qarşı forma geyinməyəcək.
O, böyük ehtimalla, avqustun 8-də Makedoniyada baş tutacaq UEFA Superkuboku uğrunda “Mançester Yunayted”lə görüşdə də iştirak etməyəcək.
Qeyd edək ki, Çempionlar Kuboku 22 – 29 iyunda keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kristianu-ronaldu-barselona-ve-sabiq-komandasina-qarsi-oynamayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR