"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kriştianu Ronalduya istirahət vermək qərarına gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis Portuqaliya millisinin hücumçusunu Konfederasiyalar kubokundan sonra çox yükləməyəcək.

K.Ronaldonun "Yuventus", "Barselona"nın da iştirak edəcəyi Beynəlxalq Çempionlar kubokunda oynamayacağı dəqiqləşib. Sözügedən turnir 22-29 iyul tarixlərində ABŞ-da keçiriləcək.

32 yaşlı hücumçunun UEFA superkubokunun finalında "Mançester Yunayted"lə görüşü də buraxa biləcəyi iddia edilib.

Qeyd edək ki, "Real" - "Mançester Yunayted" avqustun 8-i keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində