Ebru Gündeş evinin bir otağını bu işlə məşğul olmaq üçün ayırdı

Ebru Gündeş evinin bir otağını bu işlə məşğul olmaq üçün ayırdı
10:18 12 İyun 2017
90 Şou
Ölkə mətbuatı
A- A+

Ebru Gündeş evinin bir otağını gözəllik salonuna çevirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi gözəllik salonlarından canını xilas etmək üçün evinin bir otağını son texnologiyaları, dəri baxım cihazları, ozon terapiya kabinləri, limfa direnaj cihazı və kosmetik məhsulları ilə təchiz edib. Bundan sonra şəxsi baxımı ilə bağlı bütün ehtiyaclarını gözəllik mütəxəssisi müğənninin evində yerinə yetirəcək.

Gözəlliyinə çox əhəmiyyət verən popilyar ifaçının bu addımı ilə Cennifer Lopesin izindən getdiyi deyilib. Qeyd edək ki, Ceylo da evinin bir otağını gözəllik salonu edib.

Xatırladaq ki, əslən cənubi azərbaycanlı olan tanınmış iş adamı və milyarder Rza Zərrab Amerikada həbs olunduqdan sonra Ebru Gündeş boşanmaq üçün vəkilə müraciət etmişdi. Lakin cütlük hələ də rəsmi qaydada boşanmayıb. Bu hadisədən sonra müğənni Rza Zərrabın ona hədiyyə etdiyi malikanəni özünə qaytarıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/202234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR