"Qalatasaray"dan sürpriz transfer - 24,25 milyon...

"Qalatasaray"dan sürpriz transfer -   24,25 milyon...
12:57 12 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" transfer siyahısına sürpriz ad salıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu "Stok Siti"də oynayan Canneli İmbulanı hədəfə alıb.


İstanbullular "Marsel" və "Portu"da forma geyindikdən sonra - 2016-cı ildə 24,25 milyon avroya İngiltərə klubuna transfer olunan 24 yaşlı yarımmüdafiəçini icarəyə götürməyə çalışır.


Fransız futbolçunun meneceri ilə görüşən "Qalatasaray" rəsmiləri razılıq əldə edib. "Stok Siti" də razılıq versə, keçid baş tutacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotdan-surpriz-transfer-t58653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR