Xameslə maraqlanan var, amma...

Xameslə maraqlanan var, amma...
08:32 16 İyun 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" bu yay Xames Rodriqezi satmaq fikrindədir. Klubun prezidenti Florentino Perez onun qalmasını istəsə də, baş məşqçi Zinəddin Zidan Xamesin xidmətində maraqlı deyil.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu 6 klubun maraq dairəsindədir. Onlardan heç biri transfer üçün tələb olunan 75 milyon avronu ödəməyə hazır deyil. Real alıcılardan "Manchester United" 50, "İnter" 40 milyon avro təklif edir. PSG isə ilk öncə Anhel Di Maria və Xavyer Pastorenin gələcəyi ilə bağlı qərar verməyi düşünür. Xames "Arsenal", "Tottenham" və "Liverpool"un da diqqətini cəlb edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR