70 yaşlı funksioner alternativi olmadığı üçün fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, bu, Florenino Peresin "Real Madrid"də 2-ci prezidentlik dönəmidir. O, 2006 - 2009-cu illərdə də "kral klubu"na rəhbərlik edib. Luiş Fiqu, Zindedin Zidan, Fabio Kannavaro, Devid Bekhem, Ronaldo Luis Nazario, Kriştianu Ronaldu, Kaka kimi ulduz futbolçuları transfer edən iş adamı xeyli sayda kubok da görüb. "Real Madrid" onun rəhbərliyi altında 6 dəfə İspaniya çempionu olub, 2 dəfə ölkə kuboku, 4 dəfə İspaniya Super Kuboku və 4 dəfə Çempionlar Liqasını qazanıb.