Svarovski imperatorluğunun varisinin MÖHTƏŞƏM toyu - FOTO

Svarovski imperatorluğunun varisinin MÖHTƏŞƏM toyu - FOTO
14:18 21 İyun 2017
98 Şou
Ölkə mətbuatı
A- A+

Avstriyanın məşhur müğənnisi, eyni zamanda Svarovski imperatorluğunun varisi sayılan Viktoriya Svarovskinin toyu olub. Təbii ki, böyük miras sahib olan qızın toyu valehdieci keçib.

Publika.az xarici mətbuata istinadən istinadən xəbər verir ki, məşhur müğənni Avstriyada daşınmaz əmlaka sərmayəsi ilə məşğul olan 4 yaşlı Verner Mürzə ərə gedib.

Məşhur imperiyasının varisi Beyons, Rihanna, Cenifer Lopes, Ledi Qaqa kimi ulduzları geyindirən dizayner Maykl Sinkonun hazırladığı 46 kq-lıq geyimi ilə qonaqları heyrətləndirib. Məlumatlara görə, bahalı daş-qaşla bəzədilən paltar təxminən bir milyon yarım dollara başa gəlib. Gəlinliyin hazırlanmasında 500 min svarovski daşı ilə yanaşı lazerlə kəsilmiş çiçəklər də istifadə edilib.

2010-cu ildən sevgili olan cütlüyün toyunda 250 nəfər iştirak edib. İtaliyada baş tutan mərasim 3 gün davam edib. Gəlin hər 3 toy üçün müxtəlif gəlinliklər sifariş verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/203427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR