Sarı rəng necə kombinə edilməlidir? - Dəb məsləhəti

Sarı rəng necə kombinə edilməlidir? - Dəb məsləhəti
23:12 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dəri tonunu solğun, gözləri və saçları mat göstərən sarı rəngi əksər qadınlar qarderobuna daxil etmirdi. Ta ki Rihanna "Met Gala"da geyindiyi paltarla gözləri oxşayana qədər.

Təxminən bir ildir "Valentino", "Alexander McQueen" kimi markalar da kolleksiyalarında sarı rəngə yer verir. Siz də qarderobunuza sarı rəngi daxil etmək istəyirsinizsə, bu məsləhətə diqqət yetirin.
 
Milli.Az ailem.az-a istinasən bildirir ki, sarı rəng üzü solğun göstərdiyi üçün saç rənginə uyğun seçim etmək lazımdır. Qumral və əsmər birisinisə, sarı bluz, ya da pencəyi rahatlıqla geyinə bilərsiniz. Ancaq sarışınsınızsa, üst geyim olaraq sarı rəngi seçməyiniz doğru olmayacaq. Bəlkə ətək, şalvar kimi parçalarda sarıdan istifadə edə bilərsiniz.

Sarıya ən çox qara zolaqlı, ya da kvadrat naxışlı parçalar çox yaraşar. Lakin bu da dəbdən düşmüş bir görünüşdür. Ancaq retro stili sevirsinizsə, seçə bilərsiniz.
 
Son trendlərə görə isə sarıya ən uyğun rənglər boz, pas və fərqliliyi sevənlər üçün qırmızı rənglərdir. Yeni mövsümdə sarı kombinlərində xəz və şalvarlardan istifadə edə bilərsiniz.

Sarını çox sevməsəniz də, sırf dəbdir deye geyinmək istəsəniz, Valentino Pre-Fall 2017 kolleksiyasındakı kimi yaxa və astar detalında sarıya üstünlük verin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/554213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR