Entso Zidan karyerasını "Alaves"də davam etdirməyə yaxındı. Fanat.Az "Marka" qəzetinə istinadən xəbər verir ki, Madrid "Real"ının 2-ci komandasında oynayan Zinəddin Zidanın 22 yaşlı oğlu 2017/18 mövsümü üçün Baskoniya klubuna icarəyə verilə bilər.


Ampluaca yarımmüdafiəçi olan Entso bu mövsüm "Real"ın "dubl"unda çıxdığı 32 oyunda 5 qol vurub və eyni sayda məhsuldar ötürməylə yadda qalıb.

Qeyd edək ki, onu icarəyə götürməyə can atan "Alaves" İspaniya çempionatını 9-cu pillədə başa vurub.


Fanat.Az