FİFA Konfederasiyalar Kuboku-2017-nin qalibi olan Almaniya yığmasının futbolçuları maraqlı addım atıblar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, oyunçular final qarşılaşmasından sonrakı mətbuat konfransına hücum çəkiblər.

Həlledici matçda Çili üzərində 1:0 hesablı qələbə qazanan Bundestimin futbolçuları baş məşqçi Yoahim Lövün mətbuat konfransının gedişində zala daxil olublar. Bir müddət Lövün arxasında qələbə sevinci yaşayan oyunçulara baş məşqçi alqışlamaqla qarşılıq verib. Daha sonra yalnız qapıçı Mark-Andre Ter Ştegen jurnalistlərin suallarını cavablandırmaq üçün baş məşqçinin yanında əyləşib, digərləri konfrans zalını tərk ediblər.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşündən sonra da "Real"ın futbolçuları baş məşqçi Zinəddin Zidanın mətbuat konfransını bölmüş, qələbə sevincini fransalı ilə birgə qeyd etmişdilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Futbolçular Lövün mətbuat konfransını yarımçıq saxladılar - VİDEOFutbolçular Lövün mətbuat konfransını yarımçıq saxladılar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində