Barbadoslu müğənni Rihanna verdiyi müsahibədə ən böyük arzusundan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Qremmi", "Brit", "İlin ən seksual xanımı" kimi mükafatları alan 29 yaşlı ifaçı indi də "Oskar"ı xəyal edir.

"Valerian və min planetin şəhəri" ("Valerian and the City of a Thousand Planets") adlı filmdə aktrisa kimi iştirak edən Rihanna bildirib:

"Nə vaxtsa "Oskar" almaq arzusundayam. Kim istəməz ki, onun əziyyətini qiymətləndirsinlər. Mən dayanmadan çalışıram. Odur ki, əziyyətimin bəhrəsini görsəm, bu, əla olar".

Qeyd edək ki, sənətçinin çəkildiyi film bu ay təqdim olunmalıdır.

Xatırladaq ki, son günlər Rihannanın adı ərəb milyarderin oğlu Həsən Cəmillə hallandırılır. Cütlük öpüşərkən paparazzilərə tuş gəlib. Cəmil "Toyota" şirkətinin Səudiyə Ərəbistanındakı nümayəndəliyinin sahibidir. Onun özünün təkcə 1,5 milyard dollar varidatı var.

Milli.Az