Xalq artisti Aygün Kazımovanın "Glamour" jurnalı üçün ilahə obrazında çəkdirdiyi şəkilləri yayımlanıb.
Publika.az xəbər verir ki, tanınmış fotoqraf Orxan Aslanovun lentə aldığı şəkillərdə xalq artistinin obrazları üzərində stilist Ruxa çalışıb.
Xatırladaq ki, bu il diva səhnə fəaliyyətinin 30 illik yubileyi ilə əlaqədar sentyabr ayının 22-si ölkənin ən böyük konsert kompleksi olan "Crystal Hall"da solo konsertlə çıxış edəcək. Bu Aygün Kazımovanın "Beynəlxalq layihə"sidir. Konsertin dünya standartlarına uyğun baş tutması üçün İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək. Diva yerli şou biznesin ilk müğənnisi olacaq ki, "Crystal Hall"da solo konsertlə çıxış edəcək.
İndiyədək adıçəkilən məkanda dünya ulduzları Rihanna, Cennifer Lopez, Şakira. Emin Ağalarov çıxış edib və "Eurovision" beynəlxalq mahnı yarışması keçirilib.
Qeyd edək ki, Aygün Kazımovanın "Crysal Hall" konsertinin biletləri artıq hazırdır. Biletləri şəhərin kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 10 - 100 manat arası dəyişir.