İspaniya millisi və "Deportivo"nun sabiq müdafiəçisi Joan Kapdevila Devid Bekhemlə meydanda yaşadığı hadisəni xatırlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran futbolçu bunları deyib:

"Bekhemə gözəl deməklə səhvə yol vermişdim. Ona daha ehtiyatlı oynamağı tövsiyə etmək istəyirdim. Amma "careful" (ehtiyatlı) əvəzinə "beautiful" (gözəl) sözünü işlətmişdim. Bunu necə başa düşdüyünü bilmədim. Həmin vaxt ingiliscə pis danışırdım. Başqa bir oyunda onun topa müdaxiləsi mənim üzümdə çapıq əmələ gətirdi. Bundan sonra 1 həftə boyunca üzümü hər gün qırxıb La korunya şəhərinin küçələrində gəzirdim ki, Bekhemin nə etdiyindən insanlara danışım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində