"Monako"nun gənc futbolçusu Kilian Mbappenin növbəti dayanacağı "Real" ola bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Marca" nəşri artıq müqavilə şərtlərinin də razılaşdırıldığı barədə məlumat yayıb. Məlumata görə tərəflər 6 illik müqavilə və 6-7 milyon avro məvacibə razılaşıb. Bu yaxınlarda fransalı hücumçu Madridə gələrək klubu idman bazası ilə tanış olub. Bundan başqa, Mbappe komandanın baş məşqçisi Zinəddin Zidan və Florentino Perezlə də görüşüb.
"Kral klubu" hələlik 18 yaşlı forvardın transferi ilə əlaqədar "moneqasklar"a rəsmi təklif göndərməyib. Alvaro Moratanı "Mançester Yunayted"ə satmaq mümkün olsa, Mbappeni heyətə qatmaq üçün əməli işlərə başlanacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində