"Real" 2017/2018 mövsümü üçün heyətdə olacaq qapıçılarla bağlı qərar qəbul edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu"nun iştirak ərizəsində üç qapıçı yer alacaq.

Onların arasında "Real"ın baş məşqçisi Zinəddin Zidanın 19 yaşlı oğlu Luka Zidan da var.

Luka mövsüm ərzində "Real"ın 3-cü qapıçısı olacaq.

Komandanın əsas çərçivə qoruyucusu yenə də Keylor Navasdı. Kiko Kasiley isə ikinci qapıçı funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, fransız əfsanənin daha bir oğlu - Enzo Zidan da komandada yer alır.

Milli.Az