Kriştiano Ronaldo "Real"ı tərk etməyəcək. Fanat.Az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Zinəddin Zidan məlumat verib.
ESPN-ə danışan mütəxəssis "Ronaldo layiq olduğu məzuniyyəti qazanıb. O, dincəlir. Biz məzuniyyətin bitməsini gözləyirik. Ondan sonra o, komandaya geri dönəcək. Ronaldo ilə söhbət eləmişəmmi? Yox. İstənilən vəziyətdə Ronaldo "Real"da qalacaq. Nöqtə", deyə portuqaliyalı futbolçunun Madrid klubundan gedəcəyi ilə bağlı deyilən şaiələrə aydınlıq gətirib.
Fanat.Az