"Çelsi" gənc müdafiəçisini icarəyə verdi

"Çelsi" gənc müdafiəçisini icarəyə verdi
17:22 22 İyul 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin müdafiəçisi Kurt Zuma "Stok Siti" klubuna icarəyə göndərilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "zadəganlar" əvvəlcə onun müqaviləsini 6 il müddətinə artırıblar. Zumanın icarə müqaviləsi növbəti mövsümü əhatə edir. Ötən mövsümün böyük hissəsiini 22 yaşlı futbolçu zədə səbəbindən buraxmalı olmuş və cəmi 9 Premyer Liqa matçında meydanda olmuşdu.

"Çox şadıq ki, Kurt gələcəyini bizim klubla bağlamaq qərarını verdi. O, xarakterini 3 il əvvəl "Çelsi"yə gəldiyi vaxt göstərmişdi. Həmin vaxt Zuma ağır zədənin fəsadları ilə mübarizə aparırdı. Onun "Stok Siti" klubuna icarəyə göndərilməsi Kurta güvənmədiyimiz kimi başa düşülməsin. İstəyirik ki, müntəzəm meydana çıxmaqla oyun praktikasını artırsın" - "Çelsi"nin texniki direktoru Maykl Emenalo deyib. Daha öncə qeyd olunurdu ki, gənc müdafiəçi 2018-ci il Dünya çempionatına yollanmaq üçün tez-tez meydana çıxmaq arzusundadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR