"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan transferlə bağlı qərar qəbul edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, mütəxəssis Danilonun gedişində sonra müdafiə xəttinə yeni futbolçu alınmasına ehtiyac görməyəcək. O, Daniel Karvaxalı öz mövqeyində toxunulmaz hesab edir. Danilo 2 il "Real"da çıxışı ərzində etdiyi səhvlərə görə azarkeşlər tərəfindən fitə tutulub. Zidanın əsas istəyi hücumçu transferidir. Bu barədə fransalı çalışdırıcı Alvaro Moratanın "Chelsea" klubuna keçməsindən sonra danışmışdı.

Milli.Az