Peresin "Real"a gətirdiyi 10 ən bahalı futbolçu - SİYAHI

Peresin "Real"a gətirdiyi 10 ən bahalı futbolçu -   SİYAHI
14:47 26 İyul 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, "Real" "Monako"nun gənc ulduzu Kilian Mbappeni heyətinə qatır. İddialara görə, "Kral Klubu" fransızlara 150 milyon transfer haqqı, futbolçunun performansına bağlı olaraq isə 30 milyon bonus ödəyəcək. 6 illik müqavilə bağlayacaq 19 yaşlı ulduz ildə 7 milyon avro qazanacaq. Beləliklə, bu transfer "Real"a 222 milyon avroya başa gələcək.


Fanat.Az xəbər verir ki, bu xəbər "Real"ın prezidenti Florentina Peresin həyata keçirdiyi bahalı transferləri yenidən gündəmə gətirib. Hər seçkidən sonra bir "bomba partladan" Peres 19 iyulda yenidən klubun rəhbəri seçilmişdi. Bu transfer baş tutsa, o, seçkidən sonra növbəti "bomba"sını partlatmış olacaq.


Peresin ən bahalı 10 transferini təqdim edirik:


1. Kilian Mbappe - 180 milyon avro

2. Qaret Beyl - 101 milyon avro

3. Kriştiano Ronaldo - 96 milyon avro

4. Zinəddin Zidan - 75.1 milyon avro

5. Xames Rodriges - 75 milyon avro

6. Kaka - 65 milyon avro

7. Luiş Fiqo - 60 milyon avro

8. Ronaldo - 45 milyon avro

9. Viniçius Junior - 45 milyon avro

10. Asyer İllarramendi - 39 milyon avro


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-peresin-quotrealquota-gtirdiyi-10-n-bahal-futbolcu-t59532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR