Fatih Terim istefa verdi - RƏSMİ

Fatih Terim istefa verdi -   RƏSMİ
17:47 26 İyul 2017
26 İdman
Ölkə mətbuatı
A- A+

Fatih Terim istefa verib. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası rəsmi açıqlama yayıb.


Açıqlamada bildirilir ki, bu gün TFF rəhbərliyi ilə Fatih Terim arasındagörüş baş tutub: "Bir müddətdi ictimaiyyət arasında və mətbuatda gündəm halına gətirilməyə çalışılan bəzi futboldan kənar məsələlər Türkiyə futbol direktoru Fatih Terim ilə Türkiyə Futbol Federasiyasını qarşı qərəzə çevirilib. Bir araya gələn tərəflər yolları ayırmağın hər iki tərəf üçün də xeyirli olacağı qənaətinə gəlib. İstər Türkiyədə, istərsə də dünyada uğurları ilə özünü təsdiq etmiş və türk futboluna böyük xidmətləri olmuş dəyərli baş məşqçimizə təşəkkür edir, bundan sonrakı həyatında uğurlar arzulayırıq".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fatih-terim-istefa-verdi-t59537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR