"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan komandanın yeni mövsümə hazırlığı və Kriştianu Ronaldunun iyulun 31-də məhkəmə qarşısına çıxması barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis bunları deyib:

"Fikrimcə, 4 yoxlama oyunundan sonra rəsmi oyunlarda qaydasında olacağıq. Biz fiziki baxımdan hazırıq. Çox çalışırıq, futbolçuların zədəsi yoxdur. Yaxşı oyun görmək istəyirəm deyə nəticələr məni narahat etmir.

Ronaldunun susması haqqında çox danışırlar. O, bir şey desəydi, media fikirlərini şərh etməyə başlayacaqdı. Əsas olan onun mənə dedikləridir. Kriştianu avqustun 5-də ümumi qrupa qoşulacaq. Ümid edirəm, Ronaldu gələndən sonra onun İspaniyadan getmək istəməsi məsələsi tamamilə bağlanacaq. Baş verənlərin ona ciddi təsir göstərəcəyinə inanmram. O, "Real"da xoşbəxtdir. Yeni mövsümə hazırlıq üçün komandanın düşərgəsinə qayıtmaq istəyir".

Milli.Az