“Real Madrid” klubu baş məşqçi Zinəddin Zidanla müqavilənin müddətini uzadıb.

Metbuat.az bildirir ki, yeni müqavilə 2020-ci ilin yayına qədər qüvvədə olacaq.

Müqaviləyə əsasən, Zidanın gəliri illik artaraq 4.35 milyon avrodan 8 milyon avroya çatıb.