Sentyabrın 22-də saat 20.00-da Kristall Hall öz qapılarını müasir Azərbaycan musiqisinin tarixinə toxunmaq istəyən hər kəs üçün açacaq.
Həmin gün cəmi iki saata siz keçmişə və gələcəyə gedə, həmçinin,
20 və 21-ci əsrlərin qovşağında yaranan hazırkı milli musiqi
sənətindən zövq ala biləcəksiniz. Mərasimin səbəbkarı olan xalq
artisti Aygün Kazımova və onun beynəlxalq peşəkar komandası yarım
ildən çoxdur ki səylə “Aygün Kazımova – 30 il” əfsanəvi şousunun
hazırlanması üzərində çalışır. Tamaşaçılar üçün əfsanəvi musiqi
şousu hazırlanıb. Bu şou xarici ulduzların şousunda alqışladığımız
bütün xüsusiyyətlərə malik olacaq. Bu, adətən ,dünya ulduzlarının
konsertlərində gördüyümüz, lakin Azərbaycan artistləri üçün
əlçatmaz olan ilk və hələ ki yeganə şou olacaq.
Rejissor və xoreoqraf Red Bentifor gənclər və İdman Nazirliyinin
birbaşa dəstəyi ilə həyata keçiriləcək konsertin üzərində işləyir.
O bir çox böyük dünya şoularını, o cümlədən, “Paris Notr-dam
kilsəsi”, “Romeo və Cülyetta” kimi müzikllərini səhnəyə qoymuş
fransız rejissordur. Red Bentiforla birlikdə Bakıda həmişə onun
şousunu bəzəyən aktyor və rəqqaslar məşq edir. Bu, bütün dünyadan,
o cümlədən, Kolumbiya, İtaliya, Fransa, Amerikadan olan gənc
rəqqaslardır. Onlarla birlikdə rəqs səhnəni bir neçə gürcü və bir
azərbaycanlı rəqqas- beynəlxalq müsabiqələrin qalibləri
paylaşacaq.
Layihənin ulduzlarından biri Aygün Kazımovanın dəvət etdiyi səs rejissoru Jerar Albodurdur (İngiltərə). O Rihanna, Anasteyşa, Betti Smit kimi dünya ulduzlarının öz layihələrinin saundçekini etibar etdiyi birinci səviyyəli səs rejissorudur. Həmçinin o, Emi Uaynhausun şəxsi səs rejissoru olub.
Konsert üzərində işləyən səhnə tərtibatçısı bir çox məşhur xarici filmin səhnə tərtibatçısı və rəssamı olan argentinalı Santyaqo Fernandedir. O, beynəlxalq telekanalları bəzəyən ingilis və amerikan reklam çarxlarının rejissoru olub.
Konsertin prodüseri aktyor, müğənni Stefani Mqebrişvilidir. Klipləri Beyons və Ledi Qaqa ilə bərabər MTV cədvəllərinə düşən, klipləri bütün dünyada təqdim olunan yeganə gürcüdür. MTV, BBC, CNN –də LIVE-konsertlər ona məxsusdur. Onun solo konsertləri də olub və müzikllərdə baş rollarda iştirak edib. VOICE musiqi şousunun son üç mövsümündə o münsiflər heyətində olub, təzəlikcə isə X-FACTOR-da münsiflər heyətində iştirakını başa vurub. O, Gürcüstanda minlərlə konsert layihəsinin rejissoru və prodüseri olub.
Səhnə geyimlərinin hazırlanmasını Aygün Kazımova kolleksiyaları
Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İranda Moda
həftələrində nümayiş etdirilən ilk və yeganə həmyerlimiz dizayner
Rüfət İsmayılova həvalə edib. Rüfət İsmayılovun kolleksiyası
həmçinin Məkkədə dünya fashion-industriya - Pitti Uomo-da nümayiş
olunub.
Konsertin dekoru ilə Gürcüstandan Tea Teliya məşğuldur. Rejissorun
köməkçiləri –Françesko Zaveçia (İtaliya), Nataliya Pere (İtaliya),
Cimmi Vayrpn (Fransa). «Aygün Kazımova – 30 il» beynəlxalq
layihəsinin rəhbəri –Şain Qurbanovdur (Azərbaycan).
Konsertin musiqi prodüseri- “RAST” qrupunun bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Rəşad Həşimovdur.
Biletlər artıq satışdadır. Qiymətlər 10 manatdan başlayır.