FİFA 2017-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb

FİFA 2017-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb
17:52 17 Avqust 2017
184 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ FİFA 2017-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb. “Report”un qurumun “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, siyahıya 12 mütəxəssisin adı daxil edilib.
Ali futbol qurumu Zinəddin Zidan (“Real Madrid”), Massimilano Alleqri (“Yuventus”), Karlo Ançelotti (“Bavariya”), Antonio Konte (“Çelsi”), Luis Enrike (“Barselona”), Xosep Qvardiola (“Mançester Siti”), Joze Mourinyo (“Mançester Yunayted”), Leonardu Jardim (“Monako”), Maurisio Pokettino (“Tottenhem”), Dieqo Simeone (“Atletiko”), Yoahim Löv (Almaniya milli komandası) və Titeni (Braziliya milli komandası) namizəd göstərib.
Qaliblər sentyabrın 7-dək milli komandaların baş məşqşiləri və kapitanları, eləcə də jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdiriləcək. 2017-ci ilin ən yaxşı məşqçisinin adı oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda mükafatlandırma mərasimində açıqlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fi-fa-2017-ci-ilin-en-yaxsi-mesqcisi-adina-namizedleri-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR