"Report" xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Fransalı mütəxəssis klubdan düşünmək üçün ona vaxt verilməsini istəməyib. Bildirilir ki, çalışdırıcının məvacibi 4,35 milyon avrodan 8 mln. avroya qədər artırılıb.
Zidan komandanın sükanı arxasına 2016-ci ildə keçib. O, bu müddət ərzində klubla Çempionlar Liqasını (2 dəfə), həmçinin İspaniya çempionatını, UEFA Superkubokunu (2) və Klublararası Dünya Çempionatını (2) qazanıb.