İngiltərə Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, tur “Mançester
Siti”, "Arsenal" və "Tottenhem"in böyükhesablı qələbələri ilə
əlamətdar olub. “Qarabağ”ın Çempionlar Liqasının qrup
mərhələsindəki rəqiblərindən “Çelsi” isə “Lester”in qonağı olub və
çətin qələbəyə sevinib.
İtkisiz irəliləyən "Mançester Yunayted"ə gəlincə, bu komanda
səfərdə "Stok Siti" ilə bacarmayıb və bu mövsüm ilk dəfə qələbə
sevinci yaşamayıb.
İngiltərə Premyer Liqası, 4-cü tur
9 sentyabr
Mançester Siti - Liverpul 5:0
Qol: Aquero, 24. Xesus, 45; 53. Sane, 77; 90.
Arsenal - Bornmut 3:0
Qol: Uelbek, 6; 50. Lakazett, 27.
Brayton - Vest Bromviç 3:1
Qol: Qross, 45; 48. Hemed, 63.
Everton - Tottenhem 0:3
Qol: Keyn, 28; 46. Eriksen, 42.
Lester - Çelsi 1:2
Qol: Vardi, 62-pen. - Morata, 41. Kante, 50.
Sauthempton - Uotfrod 0:2
Qol: Dukure, 38. Janmaat, 66.
Stok Siti - Mançester Yunayted 2:2
Qol: Motinq, 43; 63 - Reşford, 45. Lukaku, 57.
10 sentyabr
Bernli - Kristal Pelas 1:0
Qol: Vud, 3.
Suonsi - Nyukasl 0:1
Qol: Laskelles, 76.
11 sentyabr
23:00 Vest Hem - Haddersfild