"Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionunun olmasıməni xoşbəxt edir. Bu Azərbaycan futbolu üçün böyük uğurdu. "Qarabağ" daha yaxşısını edə biləcək potensiala sahibdi. İnşallah, uğurlu nəticələr alaraq bizi qürurlandırarlar" deyə Ramil bildirib
Atlet üzvü olduğu "Fənərbaxça" klubunun futbol komandasının uğursuz çıxışı ilə bağlı da danışıb. Avropa Liqasında qrupa düşə bilməyən, Super Liqada keçirdiyi 4 oyunda cəmi 1 qələbə qazanan komandanın oyunlarını izlədiyini bildirən Ramil "Mövsüm yeni başlayıb. Hər şey dəyişə bilər. Komandaya yeni futbolçular cəlb olunub. "Fənərbaxça"nın daha yaxşı olacağına inanıram. İnşallah, mövsümü uğurlu nəticələrlə tamamlayarlar" deyib.
Quliyev karyerasına son qoyan yamaykalı atlet Usaynun futbol oynamaq istəyi ilə bağlı da danışıb: "Bolta təklif gəlsə belə uzun müddət futbol oynaya bilməz".
Fanat.Az