"Real"ın baş məşqçisi Zinəddin Zidan Kriştianu Ronaldonun hazırda vəziyyəti barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, hücumçunun La Liqanın VII turunda "Espanyol"la oyunda çıxışını "AS"a dəyərləndirib.
"Ronaldo yorğun deyildi. Sadəcə çox top buraxdı. Özü də qol vura bilməməsinə heyrətləndi. İskoya ötürmə isə möhtəşəm idi".
Qeyd edək ki, "Real"ın "Espanyol"u 2:0 hesabı ilə məğlub etdiyi oyunda Ronaldo əsas heyətdə meydana çıxıb və məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az