İngiltərə Premyer Liqasında 8-ci tura start verilib.
Publika.az xəbər verir ki, turun ilk oyununda “Liverpul” “Mançester Yunayted”i qəbul edib. Bu oyunda hesab açılmayıb.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki
rəqiblərindən olan “Çelsi” də ilk oyun günündə meydana çıxıb.
“Zadəganlar” cari mövsümdə xala həsrət olan “Kristal Pelas”ın
qonağı olub. Lakin "zadəganlar" gözlənilmədən bu oyunda məğlub
olublar.
"Arsenal" da "Uotford"la oyundan məğlub ayrılmaqla
təəccübləndirib.
Əvəzində "Tottenhem"lə "Mançester Siti" doğma meydanda qələbəyə
sevinib. Xüsusilə "şəhərlilər"in "Stok Siti" üzərində 7 qolluq
qələbəsi diqqət çəkib.
İngiltərə Premyer Liqası, 8-ci tur
14 oktyabr
Liverpul - Mançester Yunayted 0:0
Bernli - Vest Hem 1:1
Qol: Vud, 85 - Antonio, 19.
Kristal Pelas - Çelsi 2:1
Qol: Aspilikueta, 11-öz qapısına. Zaha, 45 -
Bakayoko, 18.
Mançester Siti - Stok Siti 7:2
Qol: Q.Jesus, 17; 55. Sterlinq, 19. D.Silva, 27.
Fernandinyo, 60. Sane, 62. B.Silva, 79 - Diuf, 44. Uolker, 47-öz
qapısına.
Suonsi - Haddersfild 2:0
Qol: Abraham, 42; 48.
Tottenhem - Bornmut 1:0
Qol: Eriksen, 47.
Uotford - Arsenal 2:1
Qol: Dini, 71-pen. Kleverli, 90 - Mertezaker,
39.
15 oktyabr
16:30 Brayton - Everton
19:00 Sautqempton - Nyukasl
16 oktyabr
23:00 Lester - Vest Bromviç