Azərbaycanın "D-8"ə dəvət alması onun dünyadakı nüfuz və rolunun artmasının göstəricisidir.

"Azərbaycan prezidentinin İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə görüşünə dəvət olunması müsbət haldır və ölkəmizin beynəlxalq aləmdə nüfuz və rolunun artmasının göstəricisidir. Düşünürəm ki, ərəb inqilabları ilə əlaqədar regionda yaranmış şəraitdən sonra Azərbaycanın D-8-ə üzv olması da mümkündür. Orada buna qarşı çıxa biləcək dövlət də yoxdur. Ən azından Azərbaycanın D-8-ə üzvlük məsələsi yaxın gələcəkdə müzakirə mövzusuna çevriləcək".

"D-8 Azərbaycanla güclənmək istəyir"

Bunu Milli.Az-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirakını dəyərləndirərkən deyib.

"D-8 Azərbaycanla güclənmək istəyir"

Politoloqun sözlərinə görə, D-8-in yaranması ötən əsrin 90-cı illərinin sonlarında Qərbin aydın şəkildə İslam dünyasına qarşı fərqli möve nümayiş etdirməsi, təzyiq siyasəti yürütməsi ilə bağlıdır: "SSRİ-nin dağılmasından sonra Qərbə yeni düşmən obrazının yaradılması lazım idi. Bunun üçün də əsasən, İslam ölkələri seçildi. Ona görə də Qərbin təzyiqlərini neytrallaşdırmaq və inkişaf etmək məqsədilə vaxtilə Türkiyənin Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə D-8 yaradıldı. Lakin sonralar D-8in işi o qədər də uğurlu alınmadı. Üstündən təxminən 20 il sonra yenə də Qərbin İslam dünyasına qarşı mənfi münasibətlərini aradan qaldırmaq zərurəti yaranıb".

"D-8 Azərbaycanla güclənmək istəyir"

"D-8 Azərbaycanla güclənmək istəyir"

Prezident İlham Əliyev İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak edib - FOTO