FİFA-nın təşkil etdiyi ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində kimin kimə səs verməsi məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkəmizi səsvermədə təmsil edən milli komandamızın baş məşqçisi Robert Prosineçki və komandanın kapitanı Rəşad Sadıqovun seçimi belə olub:

Robert Prosineçki

Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan ("Real"), 2. Antonio Konte ("Çelsi"), 3. Leonardo Jardim ("Monako")

Ən yaxşı oyunçu: 1. Lionel Messi ("Barselona"), 2. Kristiano Ronaldo ("Real"), 3. Luka Modriç ("Real")

Rəşad Sadıqov

Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan ("Real"), 2. Massimilano Alleqri ("Yuventus"), 3. Antonio Konte ("Çelsi")

Ən yaxşı oyunçu: 1. Kristiano Ronaldo ("Real"), 2. Neymar ("Barselona"/PSJ), 3. Lionel Messi ("Barselona")

Xatırladaq ki, ilin ən yaxşı baş məşqçisi "Real"ın çalışdırıcı Zinəddin Zidan, ilin ən yaxşı futbolçusu isə "Real"ın hücumçusu Kriştiano Ronaldo seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində