İndoneziya klubu "Borneo"nun oyunçusu Terens Puxiri "Mitra Kukar"la matçda sürətli qaçışı ilə bütün futbol dünyasının marağını özünə cəlb etməyi bacarıb.
Milli.Az xəbər verir ki, 157 sm boyu olan 21 yaşlı futbolçu təxminən 60 metr məsafəni 6 saniyədə qaçmağı bacarıb.
Sosial şəbəkələrdə Puxirini planetin ən sürətli oyunçusu adlandırıblar.
Videonu izləyən bəzi istifadəçilər "Borussiya Dortmund"a Useyn Boltun əvəzinə Terens Puxirini almağı məsləhət görüb.
Puxiri qolu ilə komandasına "Mitra Kukar"a 4:0 hesabı ilə qalib gəlməyə kömək etib
21 oktrabr tarixində yamaykalı sprinter Useyn Bolt 2018-ci ildə ilk futbol matçına çıxacağını demişdi.
Qeyd edək ki, Bolt artıq "Borussiya" komandası ilə məşqlərə çıxıb.
Adil Nəcəfov
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində