Minlərlə insan Rohinca müsəlmanlarına təzyiqlərə görə beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərə məruz qalan Myanma hərbi qüvvələrini dəstəkləmək üçün Yanqun küçələrinə çıxıb.

Metbuat.az-ın məlumatına görə, ordunu dəstəkləyənlər, buddist millətçilər və rahiblər daxil olmaqla, əllərində hərbi liderlərə həsr edilmiş plakatlar tutan minlərlə insan hərbi mahnılar oxuyub.

Qeyd edək ki, bu ilin avqust ayında ordu tərəfindən repressiyalara məruz qalan 600 mindən çox Rohinca müsəlmanı Myanmanın şimal Rakxin ştatından Banqladeşə qaçmalı olub.