Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan, “Barselona”nın hücumçusu Lionel Messi və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Xabi Alonso 2018-ci il futbol üzrə dünya çempionatının topunun rəsmi təqdimatında iştirak edəcəklər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, tədbir noyabrın 9-da Moskvada keçiriləcək.

Dünya çempionatının rəsmi topu “Adidas” şirkəti tərəfindən hazırlanıb.

Qeyd edək ki, futbol üzrə XXI dünya çempionatı Rusiyada gələn il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.