Avstraliyalı müğənni və mahnı yazarı Sia Förler çılpaq fotoları ilə şantaj edilib.
Publika.az xəbər verir ki, paparatsilər onun çılpaq fotosunu böyük məbləğ qarşılığında satmaq istəyib. Lakin Sia özü çılpaq fotosunu paylaşaraq şantajçılara cavab verib.
O, fotosunu 3,39 milyon izləyicisi olan sosial şəbəkə hesabından paylaşıb və “biriləri çılpaq fotolarımı fanatlarıma satmağa çalışır. Pulunuzu boş yerə xərcləməyin, burada pulsuz tapa bilərsiniz” şərhini yazıb. Fanatları isə onun bu addımına dəstək verib və postu minlərlə insan öz hesabında paylaşıb.

Sia Förler özəl həyatına olduqca diqqət edən məşhurlardandır. O, əksər zamanlarda performanslarında və videolarında üzünü parik və maskalarla gizlətməyə çalışır. Rihanna, Beyons, Keti Perri, Adel kimi dünyanın bir çox məşhurları üçün mahnılar yazsa da, daim məşhur olmaqdan qaçır.
Sia 2013-cü ildə “Billboard” dərgisi üçün qələmə aldığı “Məşhurluğa qarşı manifestim” adlı məqaləsində “əgər məşhur olmayanlar məşhur olmağın necə bir şey olduğunu bilsəydi, əsla məşhur olmaq istəməzdi” yazmışdı.
Zümrüd