"Real"ın kapitanı Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə keçiriləcək oyunda iştirak etməyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, La Liqanın 12-ci turunda "Atletiko" ilə oyunda burnundan zədələnən müdafiəçi Kiprə yollanacaq heyətdə yer almayıb.

Baş məşqçi Zinəddin Zidan təcrübəli futbolçuya istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, APOEL - "Real" oyunu noyabrın 21-də keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində