“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu komissiyanın sədri Marzuki Darusman İndoneziyanın paytaxtı Cakartada keçirdiyi mətbuat konfransında bildirib.
"Amnesty International" təşkilatı “Açıq havada həbsxana: Myanmanın Arakan əyalətində irqçilik” adı altında kampaniya təşkil edib.
"Myanma hakimiyyəti bizimlə danışıq aparmağa hazır deyil. Ümid edirəm ki, biz danışıqlar aparacağıq. Myanma hakimiyyətinin baş verənlərlə bağlı açıqlamalarını eşidəcəyik”, - o vurğulayıb.
Qeyd edək ki, cari il avqustun 25-dən Myanmanın şimalında, Arakan əyalətində müsəlmanlara qarşı “qanunsuz silahlılara qarşı mübarizə” adı altında qətliam başlayıb. Bu “tədbir” nəticəsində 613 min myanmalı müsəlman Banqladeşə sığınıb.

