Səudiyyə Ərəbistanı millisi son 2 ayda ikinci baş məşqçisi ilə yollarını ayırıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, yerli federasiya argentinalı çalışdırıcı Edqardo Bausa ilə müqaviləni pozub. 59 yaşlı mütəxəsis Səudiyyə Ərəbistanını 2018-ci il dünya çempionatına çıxaran Bert van Marveyki əvəzləmişdi.
Bausanın rəhbərliyi altında komanda 5 oyun keçirib. Latviya (2:0), Yamayka (5:2) üzərində qələbələr, Qana (0:3), Portuqaliya (0:3) və Bolqarıstan (0:1) məğlubiyyəti ilə müşaiyət olunmuşdu.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində