Mübariz Qurbanlı Neftçalada vətəndaşları qəbul edəcək
Paylaş
69 baxış·1 dəq oxu
Bakı. 24 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Neftçala, Şirvan, Salyan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarının sakinlərini qəbul edəcək. Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, noyabrın 29-da baş tutacaq qəbul Neftçala rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.