"Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beyl haqqında danışıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "AS" nəşrinə danışan fransalı mütəxəssis onun qayıdışını səbirsizliklə gözlədiyini vurğulayıb: "Hər kəs bilir ki, Beyl oyunun taleyini dəyişə biləcək xarakterə sahibdir. Qaret güclüdür, cəlddir, texnikalıdır, topla əla rəftar edir, rəqib cərimə meydançasına topu yaxşı daşıyır. İndi isə vacib olan onun tezliklə sağalması və formasını bərpa etməsidir. Əlbəttə ki, Beyl üçün çox darıxmışam".
Qeyd edək ki, Qaret Beyl zədələr ucbatından bu mövsüm La Liqada 5, Çempionlar Liqasında isə 2 matçda iştirak edib, ümumilikdə 3 qol vurub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində