Roma papası I Fransiskin Cənub-Şərqi Asiyaya səfəri başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dekabrın 2-dək davam edəcək səfər zamanı Roma papası Myanma və Banqladeşdə olacaq.

Bildirilir ki, I Fransisk bu ölkələrdə müxtəlif dini mərasimlərdə iştirak edəcək.

Qeyd edək ki, bu, Roma papasının Myanmaya tarixdə ilk səfəri olacaq. Xatırladaq ki, Keçmiş Roma papas II İoann Pavel 1986-cı ildə Banqladeşə səfər etmişdi.

Milli.Az