"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumatlı mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, xüsusi iclas dekabrın 5-də olacaq.
Qeyd edək ki, Myanmanın Arakan ştatında yerli buddistlərlə rohinca müsəlmanları arasında dini zəmində dəfələrlə münaqişə yaşanıb. Son belə gərginlik avqustun 25-də baş verib. O vaxtdan bəri Myanmada təqibdən qaçan 613 min müsəlman qonşu Banqladeşə sığınıb. Banqladeşdə rohinca müsəlmanlarının ümumi sayı 826 minə çatıb.