Myanmardan Banqladeşə qaçan kimsəsiz azyaşlı qızlar Cox bazarı yaxınlığında kişilərə satılır.
Milli.Az bildirir ki, BBC-yə danışan 17 yaşlı qız bildirib ki, o, oteldə qalır və seks köləsi kimi işlədilir.
"Onlar mənə yemək verirlər, mən də "işləyirəm". Gecə yatmağa gedəndə kimsə üzü maskalı şəxs məni tutub aparır, kişilərə satır. Onlar məni boğazımdan tutub döyürlər. Nə edə bilərəm? Kimə deyə bilərəm?"
17 yaşlı qız bildirib ki, onu satan şəxs Rohinqyalıdır. Lakin ona bunun müqabilində pul vermir, sadəcə yemək verirlər.
Emin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində